"Onun bədənində 59 yara var idi" - 21 yaşlı qızın qətlində təqsirləndirilən şəxsə həbs cəzası verilib
Liloda 21 yaşlı qızı öldürməkdə təqsirləndirilən Otar Tsindeliani barəsində həbs qətimkan tədbiri seçilib. Hakim Teona Vaitaşvili qərar çıxarıb.

İşin prokuroru Levan Vepxadzenin sözlərinə görə, öldürülən şəxsin 59 yarası olub. Onun məlumatına görə, təqsirləndirilən şəxs ölkədən qaçmağa cəhd edib.

“İnstagram mesajları təsdiqləyir ki, Ketevan Cavaxişvili müttəhimi öz mülkü hesab edirdi. Qızın bədəninin hər bir orqanında olmaqla cəmi 59 yara var idi. Hər bir yara o sağ olduğu zaman vurulub.

Təqsirləndirilən şəxs ölkəni tərk etməyə çalışıb. Hadisə gecə saat 2-3 radələrində baş verib. Saat 19:21-də bu şəxs Sameqreloda tutuldu. O, hüquq-mühafizə orqanlarına müraciət edib. Onun təslim olmağının məqsədi bəlkə də işini asanlaşdırmaq idi. Müttəhimin evinə baxış zamanı tapılan qana bulanmış bıçaq və palto cinayəti bir daha təsdiq edir. Həmçinin evin yaxınlığında, zibil qutusundan qanlı şalvar götürülüb”,
- deyə “İnterpresnews” xəbər agentliyinə məlumat verən prokuror, qaçma, yeni cinayət törətmək və sübutları məhv etmək riskinin qarşısını almanın yeganə yolu cəzanın həbs olduğunu qeyd edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Zuqdididə 2003-cü il təvəllüdlü Otar Tsindelianini həddindən artıq amansızlıqla qəsdən adam öldürmə ittihamı ilə saxlayıblar. İstintaqın məlumatına görə, o, Tbilisinin Lilo qəsəbəsində 21 yaşlı qadını “qarşılıqlı mübahisə zəminində, soyuq silahdan istifadə etməklə” qətlə yetirib.

Həddindən artıq amansızlıqla törədilən qəsdən adam öldürmə faktı üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin “M” bəndi ilə aparılır. Cinayət 16 ildən 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.

Mənbə: Tabula
Print Email
FaceBook Twitter Google