Rustavidə baş verən azğın hərəkətlərlə bağlı yeni təfərrüatlar
Rustavidə 12 yaşlı qız 40 yaşlı kişinin ona qarşı azğın hərəkətini mobil telefonla lentə alıb.

“İnfo Rustavi” xəbər agentliyinin məlumatına görə, istintaq sübut kimi 40 yaşından kiçik bir kişinin yeniyetmə ilə cinsi məzmunlu mövzularda danışdığını eşidən səs yazısına malikdir.

Xatırladaq ki, Rustavidə azyaşlı qız yetkin qonşusu tərəfindən cinsi təcavüzə məruz qalıb.

O, azyaşlını aldadaraq evinə gətirib, ona pornoqrafik videoya baxmağa vadar edib və ona toxunub.

Bir müddət sonra təqsirləndirilən şəxs məktəb yaxınlığında uşaqla yenidən görüşüb və bu dəfə ona pul müqabilində yaxınlıq etməyi təklif edib, o isə bundan imtina edib.
Azyaşlının oxuduğu məktəbdə “İnfo Rusta”ya bildiriblər ki, bu faktı 12 yaşlı uşağın valideyninin məlumatından sonra öyrəniblər.

"Faktla bağlı bizə hadisənin ertəsi gün valideyn məlumat verəndə məlumat aldıq. Valideyn məlumat verən kimi polisə müraciət etdik, həmin şəxs saxlanıldı. Bizim tərəfimizdən, işə hüquq-mühafizə orqanının xidmətini cəlb etdik, təbii ki, Təhsil Resurs Mərkəzini də. İşdə psixoloqdan köməkliyini təklif etdik. Bütün prosedurlardan keçdik. Nə olursa olsun, biz bu uşağa kömək edib onun yanında dayanacağəq, əlimizdən gələni edəcəyk”.


Faktla bağlı Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin 141-ci (əxlaqsızlıq törətmə) maddəsi ilə araşdırma aparılır.


Print Email
FaceBook Twitter Google