Yunanıstanda 6 gürcü qadın saxlanılıb
Yunanıstanda 6 gürcü qadın Attikadakı iki xəstəxanada qeyri-qanuni tibb bacısı işlədiyi üçün saxlanılıb.

Məlumatı Yunanıstan mediası yayıb.

Mətbuat yazır ki, bu ittihamla ikisi alban, biri qazax və digəri yunan olmaqla ümumilikdə 10 qadın saxlanılıb. Onlardan 7-si Yunanıstanda qeyri-qanuni yaşayıb.

Mətbuatda yayılan məlumatlara görə, onların təhsil diplomları, peşə vəsiqəsi, sağlamlıq kitabçaları olmayıb, işlədikləri xəstəxananın eksklüziv tibb bacılarının reyestrində qeydiyyatda olmayıblar.

Saxlanılan şəxslər barələrində təqdim olunmuş cinayət işləri ilə birlikdə prokurorluğa verilib.
Print Email
FaceBook Twitter Google