Adeişvilini saxlanılaraq ekstradisiya olunması üçün Almaniya və Belçikaya müraciət etdik - Prokurorluq
Gürcüstan Prokurorluğu keçmiş ədliyyə naziri Zurab Adeişvilinin saxlanılaraq Gürcüstana ekstradisiya olunması üçün Almaniya və Belçikanın səlahiyyətli qurumlarına müraciət edib.

Agentlikdən bildirilib ki, müraciət ictimaiyyətə yayılan məlumatlar əsasında edilib.

“Gürcüstanın Prokurorluğu öz səlahiyyətləri daxilində Gürcüstanda cinayət törətmiş şəxslərin harada olmasından asılı olmayaraq, Gürcüstan məhkəməsinə verilməsi üçün qanunla nəzərdə tutulmuş bütün tədbirləri həyata keçirir”, - Prokurorluq bildirib.

Mənbə: Publika
Print Email
FaceBook Twitter Google