Rustavidə gənc oğlan maşınları yandırıb
Rustavidə, Todria küçəsində bir nəfər yaşayış binasının həyətində avtomobilləri yandırıb.

“İnfo Rustavi”nin məlumatına görə, 25 yaşlarında gənc oğlan binanın yaxınlığında dayanmış “Opel” markalı avtomobili yandırıb, daha sonra alov “Volvo” markalı avtomobilə keçib.

Kişinin qonşularının dediyinə görə, hadisəni törədən şəxsin psixi problemləri var və o, ilk dəfə yanğın törətmir.

Rustavi polisi gənci isti izlərlə saxlayıb.

Məlumat üçün bildirək ki, həbs edilən şəxs əvvəllər də məhkum olunub. İllər əvvəl o, “İstanbul bazarının” ərazisində mağaza yandırıb.

Print Email
FaceBook Twitter Google