Qadın qohumunu zorlamağa cəhd edən şəxs saxlanılıb
30 yaşlarında olan şəxs qadın qohumunu zorlamağa cəhddə ittiham olunaraq saxlanılıb.

Daxili İşlər Nazirliyindən “İnfo Rusta” agentliyinə verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 19 137-ci maddəsi ilə araşdırma aparılır.

Hadisə bir neçə ay əvvəl Laqodexi Bələdiyyəsinin kəndlərindən birində baş verib.

Qeyd edək ki, bir neçə ay əvvəl hazırda saxlanılan kişi məcburi şəkildə qadın paltarı geyindirilib və küçələrdə gəzdirilib.

Daha sonra həmin şəxs zərərçəkmiş kimi tanınıb və onu alçaltmaq ittihamı ilə 3 nəfər saxlanılıb.

Print Email
FaceBook Twitter Google