266,9 qram metadon alıb saxlayıb – xarici vətəndaşa qarşı ittiham irəli sürülüb
Gürcüstan Prokurorluğunun məlumatına görə, xarici ölkə vətəndaşına qarşı narkotik maddənin qanunsuz alınması, saxlanması və satmağa cəhd faktları üzrə ittiham irəli sürülüb.

Qurumdan verilən məlumata görə, istintaq müəyyən edib ki, təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda - 266,9 qram narkotik vasitə metadon alıb, saxlayıb, onun bir hissəsi - 260,1 qramı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən onun yaşadığı evdə aparılmış axtarış nəticəsində götürülüb. Martın 8-də Batumi şəhərində təqsirləndirilən şəxsən 6,8 qram narkotik vasitə Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən təqsirləndirilən şəxsin saxladığı Xelvaçauri bələdiyyəsinin Uta Sameba kəndində müxtəlif yerlərdən götürülüb. Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsin mənzilinə baxış nəticəsində narkotik vasitələrin qiymətləndirilməsi üçün zəruri olan tərəzi və əşyalar da götürüblər.

Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsi ilə istintaq davam etdirilir. Prokurorluğun tələbi ilə artıq Batumi Şəhər Məhkəməsi təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə qərar verib.

Mənbə: Tabula
Print Email
FaceBook Twitter Google