Narkotik vasitələrinin əldə edilməsinə görə 9 nəfər həbs edilib — Daxili İşlər Nazirliyi
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Tbilisi, İmereti və Acarıstanda keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik cinayətləri törətməkdə təqsirli bilinən 9 nəfər həbs edilib. Onlardan 5-i xarici ölkə vətəndaşıdır.

Qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi və saxlanması və Gürcüstana qanunsuz gətirilməsi faktı üzrə 2002, 1994, 2001, 2000, 1992, 1991, 2000, 1988 və 1984-cü il təvəllüdlü şəxslər saxlanılıblar.

Cinayətləri sübuta yetirilərsə onları 20 ilə qədər və ya ömürlük həbs cəzası gözləyir. Araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 260, 262, 265, 19-260, 273-cü prima və 19-273-cü maddələri aparılır.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google