RS: Xarici ölkələrin vətəndaşları bəyan edilməmiş 18 000 850 rubl gətirirmişlər
Gəlirlər Xidmətindən verilən məlumata görə, “Kazbeki” gömrük-keçid məntəqəsində gömrükçülər tərəfindən bəyan olunmayan pul vəsaitlərinin gizli yolla gətirilməsi cəhdinin qarşısı 2 dəfə alınıb.

"Gömrük əməkdaşları şübhə əsasında əcnəbi vətəndaşların idarə etdiyi avtomobilə ətraflı baxış keçiriblər. Onlar ümumilikdə 18 000 850 Rusiya rublu aşkar ediblər. Bəyan edilməmiş pulun ümumi miqdarı Milli Bankın məzənnəsinə əsasən 524 320 lari təşkil edib” - Gəlirlər Xidmətinin məlumatında yazılıb.

Gəlirlər Xidmətinin açıqlamasına görə, qanunu pozan vətəndaşlardan sanksiya olaraq pul müsadirə olunub.

Mənbə: Tabula
Print Email
FaceBook Twitter Google