Prokurorluğun məlumatına görə, iki şəxs saxta rəsmi sənədlərin
açarı və qeyri-qanuni gəlirlərin leqallaşdırılması faktları ilə
ittiham olunublar - təqsirləndirilən şəxslər cinayətdə iştirak edən
digər şəxslərlə birlikdə Avropa dövlətlərinin saxta sənədlərini
hazırlayıb, Gürcüstan vətəndaşları üçün istifadə ediblər.
“Prokurorluğun apardığı istintaqla müəyyən edilib ki,
təqsirləndirilən şəxslər 2022-2024-cü illərdə cinayətdə iştirak
edən digər şəxslərlə birlikdə Avropa dövlətlərinin saxta rəsmi
sənədlərini hazırlayıb Gürcüstandakı vətəndaşlara aparıblar.
Cinayətdə iştirak edən şəxslər sxemdən qanunsuz olaraq təxminən
141.000 avro və 36.000 ABŞ dollarını mənimsəyiblər. Aldıqları
xüsusilə külli miqdarda qeyri-qanuni gəlirləri leqallaşdırmaq
məqsədilə onlar Tbilisi şəhərində daşınmaz əmlak, yəni yaşayış
mənzili alıb və onu başqa şəxsin adına
rəsmiləşdiriblər”, – prokurorluğun bəyanatında
oxuyuruq.
Qurum saxlanılan şəxslərə qarşı Mülki Məcəllənin 362-ci maddəsinin
birinci hissəsi (rəsmi sənədləri saxtalaşdırma) və 194-cü
maddəsinin üçüncü hissəsinin “c” yarımbəndi ilə (qanunsuz
gəlirlərin leqallaşdırılması) 9-dan 12-dək azadlıqdan məhrumetmə
cəzasını nəzərdə tutan ittiham irəli sürüb.
“Cinayət əməllərində iştirak edən digər şəxslərin müəyyən edilməsi
istiqamətində cinayət işinin istintaqı davam etdirilir”. -
bəyanatda yazılıb.