Batumi Şəhər Məhkəməsi üç nəfəri dəstə quldurluğu, qanunsuz olaraq
odlu silah və döyüş sursatı almaq,
saxlamaq və gəzdirmək, habelə polis əməkdaşlarına hücum etməkdə
təqsirli bilib. İki nəfər 10 il, biri isə 8 il müddətinə azadlıqdan
məhrum edilib. Məlumatı Gürcüstan Prokurorluğu yayıb.
Agentliyin məlumatına görə, Kobuleti bələdiyyəsinin Açvistavi
kəndində yerləşən yaşayış evində odlu silahla silahlanmış
müttəhimlər zərərçəkmişlərə hücum ediblər, zərərçəkmişlərdən biri
başından odlu silahla xəsarət alıb, bundan sonra onlar həyat və
sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq etməklə hədələyərək
qızıl-zinət əşyaları və 300.000 lari pul tələb ediblər.
“Araşdırılan sübutlar onu da təsdiq edib ki, 2023-cü il
iyunun 17-də Batumi şəhərində Daxili İşlər Nazirliyinin Acarıstan
Muxtar Respublikasının Polis İdarəsinin əməkdaşları əməliyyat
məlumatı əsasında adıçəkilən şəxslərin qarşısını alıblar, bu zaman
təqsirləndirilən şəxslər polislərin istiqamətinə odlu silahdan atəş
açıblar. Atışma nəticəsində polislərdən biri həyatı üçün təhlükə
yaradan ciddi sağlamlıq xəsarəti alıb. Hüquq-mühafizə orqanlarının
əməkdaşları hər üç şəxsi eyni vaxtda saxlayıblar.
Onlar Gürcüstan Cinayət Məcəlləsinin ikinci hissəsinin “b”, “a”,
“b” və “c” bəndləri, üçüncü hissələrinin “b” və “c” maddələri ilə,
236 maddəsinin üçüncü və dördüncü hissələri və altıncı hissəsinin
“b” bəndləri ilə və 353-cü maddəsinin birinci və ikinci hissələri
ilə təqsirli bilinərək ittiham olunublar və barələrində həbs
qətimkan tədbiri seçilib”.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415