Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Axmeta
Bələdiyyəsində arvadını və arvadının azyaşlı qohumunu yaralayan
şəxs tutulub.
“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs
Axmeta bələdiyyəsinin Zemo Alvani kəndində qarşılıqlı münaqişə
zəminində həyat yoldaşı 1981-ci il təvəllüdlü T.O. və həyat
yoldaşının qohumu - 2009-cu il təvəllüdlü Q.M.-nı soyuq silahla
yaralayıb, bundan sonra hadisə yerindən gizlənib”, -
deyə məlumatda bildirilir.
Polis cinayət silahını - bıçağı sübut kimi götürüb. Ailə üzvünə
qarşı xüsusi amansızlıqla törədilən adam öldürməyə cəhd faktı üzrə
istintaq Gürcüstan Cinayət Məcəlləsinin 11-ci Prima 19-109-cu
maddəsi ilə aparılır.
Cinayət 16 ildən 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.