Nasaz avtomobilə müsbət texniki baxış aktı verən iki nəfər məsuliyyətə cəlb edilib
Maliyyə Nazirliyinin İstintaq Xidmətinin məlumatına görə, təqsirləndirilən şəxslər kommersiya mənfəəti əldə etmək üçün texniki qüsurlu avtomobilə müsbət baxış aktı veriblər.

Qurumdan verilən məlumata görə, iki nəfər kommersiya məqsədi ilə rüşvət alma və saxta sənədlərin hazırlanması və verilməsi faktlarında ittiham olunub.

“İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslərdən biri - Tbilisidə texniki baxış mərkəzində müfəttiş işləyən və avtonəqliyyat vasitələrinin texniki reqlamentin tələblərinə uyğun sınaqdan keçirilməsinə cavabdeh olan şəxs, texniki cəhətdən qüsurlu avtomobilə baxış şəhadətnaməsi vermək üçün vətəndaşdan müəyyən məbləğdə pul tələb edib və bu vaxt ifşa olunub” – Maliyyə Nazirliyinin istintaq xidmətinin dərc olunmuş məlumatında yazılıb.

Agentliyin məlumatına görə, işin istintaqı Gürcüstan Cinayət Məcəlləsinin 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 221 və 362-ci maddələri ilə davam etdirilir.

Mənbə: Tabula

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Print Email
FaceBook Twitter Google