Bir nəfər qonşu qadını öldürməyə cəhddə ittiham olundu - prokurorluq
Gürcüstan Prokurorluğu bir nəfəri adam öldürməyə cəhddə ittiham edib.

Daxili İşlər Nazirliyinin apardığı istintaqla müəyyən edilib ki, martın 24-də Tbilisinin Vazisubani rayonunda təqsirləndirilən şəxs bıçaqla qəsdən, öldürmək məqsədilə qonşuluqda yaşayan qadına bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi elə həmin gün saxlayıblar. O, Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunub ki, bu da 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılmanı nəzərdə tutur.

Prokurorluqdan verilən məlumata görə, o, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərək həbs müddətinin uzadılması barədə vəsatətlə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək.

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Print Email
FaceBook Twitter Google