Məhkəmə Poniçalada sevgilisinə xəsarət yetirən qızı 30 min lari
girov qarşılığında sərbəst buraxıb.
Məhkəmədə müttəhim Maka Aleksandrianın dediyinə görə, o, ən yaxın
dostu və sevgilisi tərəfindən xəyanətin qurbanı olub.
Prosesdə təqsirləndirilən şəxs deyib:
“Qarşıdurma mən
ona hər şeyi ərinə danışacağımı və başqa əhvalatları da
danışacağımı dedikdə başladı."
Təqsirləndirilən şəxsin vəkilinin sözlərinə görə, cinayət başqa
şəxsin həyatına zərər vurmaq məqsədi daşımayıb.
Vəkilin sözlərinə görə, məhkəmə mənəvi tərəfi də nəzərə alıb.
“Mənim himayəmdə olan şəxsin də bəzi xəsarətləri var.
Yaralar olduqca ağır idi. Hər iki tərəf arasında qarşılıqlı
mübahisə zəminində qarşıdurma olub”, - deyə vəkil
bildirib.
Məlumat üçün bildirək ki, martın 23-də Poniçalada 28 yaşlı qadın
soyuq silahla 30 yaşlarında olan kişini yaralayıb.