Batumidə qeysəriyyə əməliyyatından sonra qadın dünyasını dəyişib - araşdırma başlanıb
Batumidə hamilə qadın keysəriyyə əməliyyatından sonra dünyasını dəyişib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan adam öldürmə (116-cı) maddəsi ilə araşdırmalara başlanılıb.

Qadının ailə üzvünün mediaya verdiyi müsahibədə bildirdiyinə görə, BMC klinikasında hamilə qadına qeysəriyyə əməliyyatı aparılıb, vəziyyəti ağırlaşdıqdan sonra BAU klinikasına köçürülüb.

“Mən sağlam qadın gətirdim, mənə ölü təhvil verdilər. BMS klinikasında mənə bu vəziyyətə gətirib çıxaran səbəbin nə olduğunu deyə bilmədilər. Əməliyyat edildi. Əvvəlcə ehtiyatsızlıq, sonra qanaxma başlayıb və onu dayandıra bilmədilər.... Cəzalandırılmalıdır. Baş verənlərə cavab lazımdır”, - deyə mərhum qadının həyat yoldaşı “Mtavari” kanalına bildirib.

“Bao” klinikasının reanimasiya şöbəsinin müdiri Qoça Abaşidzenin “Mtavari” kanalına verdiyi məlumata görə, qadın “son dərəcə ağır vəziyyətdə başqa klinikadan onlara gətirilib” və onu xilas etmək mümkün olmayıb.

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Print Email
FaceBook Twitter Google