19 yaşlı gürcü Afinada məktəbdə iki nəfəri yaralayıb - Yunanıstan mediası
Yunanıstan mətbuatının məlumatına görə, Afinadakı orta məktəblərin birində 19 yaşlı gürcü gənc direktoru və bir şagirdi çəkic və bıçaqla yaralayıb. Saxlanılan gənc barəsində həbs-qətimkan tədbiri seçilib.

Yunanıstan mətbuatının yazdığına görə, saxlanılan şəxs bir neçə gün əvvəl həmin məktəbin şagirdi olan kiçik 14 yaşlı qardaşı ilə dava etdiyi üçün məktəbin şagirdlərindən birini cəzalandırmaq istəyib.

“Başıma vurdu. Əvvəlcə sinifdə, sonra pilləkəndə mənə hücum etdi. Direktor da xəsarət alıb. Mən bilmirəm. Onun qardaşı mənim sinif yoldaşım deyil, başqa sinifdə oxuyur. Direktorun vəziyyəti yaxşıdır”, - 17 yaşlı yaralı şagird yerli mətbuata bildirib.

Həbs edilən gürcünun yunanıstanlı vəkili bildirib ki, təqsirləndirilən şəxsin kiçik qardaşının sözlərinə görə, yaralı 17 yaşlı gənc onu təhqir edib.

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Print Email
FaceBook Twitter Google