Dmanisi bələdiyyəsində bıçaqlama hadisəsi - iki nəfər xəstəxanaya aparılıb
Dmanisi bələdiyyəsinin Hamamlı kəndində baş verən fiziki qarşıdurma xəsarətlərlə başa çatıb. İki nəfər bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar klinikaya aparılıb.

Hadisə dünən günorta saatlarında dəfn mərasimində baş verib. Məlumata görə, şifahi qarşıdurma tezliklə əlbəyaxa davaya çevrilib və nəticədə iki nəfər xəsarət alıb.
Polis hadisə yerinə səfərbər edilib.

Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma (117-ci) maddəsi ilə araşdırma başlayıb. Əldə olan məlumata görə, bir nəfər saxlanılıb.

Mənbə: mtavari.tv


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 

Print Email
FaceBook Twitter Google