16 yaşlı qızını ərə getməyə məcbur edən anaya qarşı ittiham irəli sürülüb
Gürcüstan Prokurorluğunun məlumatına görə, 16 yaşlı qızını ərə getməyə məcbur edən anaya qarşı ittiham irəli sürülüb.

“Gürcüstanın Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqda müəyyən edilib ki, müttəhim cinsinə görə dözümsüzlük əsas götürərək azyaşlı qızının fikrinin əhəmiyyəti olmadığını və onun seçim hüququna malik olmadığını hesab edir. Müttəhim 16 yaşlı qızını öz iradəsinə zidd olaraq psixoloji olaraq öz istədiyi şəxsə ərə getməyə məcbur edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi aprelin 3-də saxlayıblar. O, Gürcüstan Cinayət Məcəlləsinin 11-ci maddəsi, 150-ci maddəsinin 2-ci hissəsinin “A” yarımbəndi (bir ailə üzvü tərəfindən digər ailə üzvünə məcburi nikah bağlaması, yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilməsi) ilə ittiham olunub ki, bunun üçün 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur".


Prokurorluğun məlumatına görə, onlar artıq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətlə məhkəməyə müraciət ediblər. Daxili İşlər Nazirliyi faktla bağlı araşdırmaları davam etdirir.
Mənbə: Tabula

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google