Maliyyə Nazirliyinin istintaq xidmətinin məlumatına görə,
Acarıstanda qanun pozuntusu ilə fəaliyyət göstərən,
psixotrop və xüsusi nəzarətdə olan narkotik vasitələrin qanunsuz
satıldığı aptek müəyyən edilib.
“Araşdırmalar nəticəsində Acarıstan rayonunda qanun
pozuntusu ilə fəaliyyət göstərən, bəzi hallarda icazəsiz və ya
müvafiq icazə şərtlərini pozan müxtəlif adda psixotrop dərmanlar və
s. xüsusi nəzarət reseptsiz satılıb”, – istintaqın
ifadəsində yazılıb.
İstintaq xidmətinin məlumatına görə, qanunsuz fəaliyyəti ört-basdır
etmək məqsədilə aptek üç müxtəlif hüquqi şəxsin adı ilə fəaliyyət
göstərib.
“Qanunsuz sahibkarlıq fəaliyyəti faktı üzrə 3 hüquqi
şəxs təqsirləndirilən şəxs qismində cəlb edilib, qanunsuz
sahibkarlıq fəaliyyəti və qanunsuz gəlirlərin leqallaşdırılması
faktı üzrə isə 6 fiziki şəxs barəsində cinayət təqibi başlanıb,
onlardan 5 nəfər saxlanılıb.
Müəyyən edilib ki, aptek müdirləri tərəfindən qanunsuz sahibkarlıq
fəaliyyəti nəticəsində 1 milyon lariyə yaxın qanunsuz gəlir əldə
edilib, sonradan bu gəlir müxtəlif şəxslərin bank hesablarına
köçürülərək qanuniləşdirilib və leqallaşdırılıb”, -
deyə məlumatda bildirilir.
İstintaq xidməti tərəfindən təqsirləndirilən şəxslərə məxsus külli
miqdarda psixotrop dərman və 2 avtomobil aşkar edilərək
götürülüb.
Cinayət 9 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə ilə
cəzalandırılır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415