İki qonşusunun üzünə şillə vurub - Abxazavaya və onun oğluna hücum edən şəxsə qarşı ittiham irəli sürülüb

Prokurorluq Milli Müəllim Mükafatı laureatı Lado Abxazava və onun oğluna hücumda

təqsirləndirilən şəxsə qarşı ittiham irəli sürüb. Agentliyin məlumatına görə, Lançxutidə bir nəfər iki nəfərə qarşı fiziki zorakılıqda ittiham olunub.

“Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, 2024-cü il mayın 5-də Lançxuti şəhərində sərxoş vəziyyətdə olan K.P. qonşuluqda yaşayan iki nəfərə fiziki təzyiq göstərib, daha
dəqiq desək, onların hər ikisinin üzünə vurub.

K.P-yə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsinin 2 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan “c” bəndi (iki şəxsə qarşı zorakılıq törədilməsi) üzrə ittiham irəli sürülüb.

Mayın 5-də Milli Müəllim Mükafatı laureatı Lado Abxazava evinin girişində naməlum şəxslər tərəfindən hücuma məruz qalıb və döyülüb.

 

Mənbə: Tabula




“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print Email
FaceBook Twitter Google