İstintaq: 1.480.000 lari məbləğində dələduzluq yolu ilə əmlaka sahiblik faktını aşkar etdik
Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidmətinin məlumatına görə, başqasının külli miqdarda əmlakını dələduzluq yolu ilə əldə etmə faktına görə bir nəfər saxlanılıb, iki nəfərə isə qiyabi ittiham irəli sürülüb.

Mütəşəkkil dəstə tərəfindən saxta vəzifəli və mülki səlahiyyət sənədlərindən istifadə edilməklə 1 milyon 480 min lari dəyərində əmlakın ələ keçirilməsi dələduzluq yolu ilə həyata keçirilib.

“İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər qeyri-qanuni maddi mənfəət əldə etmək məqsədilə saxta xarici dilli etibarnamələrdən və saxta alqı-satqı müqavilələrindən istifadə edərək, Tbilisidə xarici dövlətlərə məxsus ümumi dəyəri təxminən 1 milyon 480 min lari olan iki ticarət sahəsini və üç yaşayış mənzilini qanunsuz olaraq ələ keçiriblər. Vətəndaşlar həmçinin bu yolla Tiflisdə təxminən 245.000 lari dəyərində iki ticarət sahəsi əldə etməyi də planlaşdırıblar.

Araşdırmalar zamanı dələduzluq yolu ilə əldə edilmiş daşınmaz əmlaklar müsadirə edilib. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 362, 210 və 180-ci maddələri ilə aparılır. Qeyd olunan cinayətdə iştirak edən digər şəxslərin müəyyən edilərək ifşa olunması istiqamətində müvafiq tədbirlər həyata keçirilir”.


Mənbə: Tabula

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google