Prokurorluğun məlumatına görə, qəsdən adam öldürməkdə
təqsirləndirilən iki nəfər haqqında həbs qərarı verilib.
Onlardan adam öldürməkdə ittiham olunan biri 15 il müddətinə
azadlıqdan məhrum edilib - o, artıq həbsdədir. Digəri isə qiyabi
olaraq 13 il müddətinə azadlıqdan məhrum edilib.
Qərar Tbilisi Şəhər Məhkəməsi tərəfindən qəbul edilib.
“Məhkəmə zamanı tədqiq edilən faktlar sübut edib ki,
2024-cü il fevralın 18-də gecə saatlarında Tbilisidəki gecə
klublarından birində təqsirləndirilən şəxslə zərərçəkmiş arasında
mübahisə baş verib. Bununla bağlı təqsirləndirilən şəxs dostu ilə
əlaqə saxlayıb və kömək istəyib.
Həmin gecə təqsirləndirilən şəxslər qanunsuz yolla əldə etdikləri
silahlarla avtomobillə hərəkət edərkən dostu ilə küçədə olan
zərərçəkmişi görüblər. Sürücü maşını saxlayıb, onun yanında əyləşən
təqsirləndirilən şəxs isə avtomobildən düşərək odlu silahla
zərərçəkmişə bir neçə dəfə atəş açıb və o, hadisə yerində ölüb.
Hüquq-mühafizə orqanları təqsirləndirilən şəxslərdən birini həmin
gün saxlayıb, digər təqsirləndirilən şəxs isə
gizlənib”, - deyə agentliyin yaydığı məlumatda
oxuyuruq.
Prokurorluq onları qrup halında qəsdən adam öldürmə, o cümlədən
qanunsuz olaraq odlu silah-sursat almaq-saxlama-gətirmə maddələri
ilə ittiham edib. Şəhər məhkəməsi qətl hissəsində prokurorluğun
mövqeyini bölüşməyib və həbs edilən şəxsi qəsdən adam öldürməkdə,
axtarışda olan şəxsi isə qətlə köməklik göstərməkdə təqsirli bilib.
Prokurorluq qərardan apellyasiya məhkəməsinə apellyasiya şikayəti
vermək və onların hər birinin təqsirinin ağırlaşdırılmasını tələb
etmək niyyətindədir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415