Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidmətinin əməkdaşlarının
Kvemo Kartli rayon prokurorluğu ilə razılaşdıraraq
həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq
hərəkətləri nəticəsində fakt üzrə məhkəmənin qərarı ilə 1 nəfər
başqasına məxsus külli miqdarda pulu dələduzluq yolu ilə almaq
ittihamı ilə saxlanılıb.
İstintaq müəyyən edib ki, dələduzluq yolu ilə özgənin əmlakını əldə
etmək məqsədilə təqsirləndirilən şəxs Facebook sosial şəbəkəsində
Amerika
Birləşmiş Ştatları və Böyük Britaniyada planlaşdırıldığı
iddia edilən təlim proqramının iştirakçılarından ibarət qrup
yaradıb. Və sonra o, qoşulan 26 nəfəri aldadıb ki, müəyyən məbləğ
ödəsələr, təhsil mübadilə proqramına daxil ediləcəklər və onlara
ABŞ və Böyük Britaniya vizası veriləcək.
Belə ki, təqsirləndirilən şəxs 2023-cü ilin iyul ayından 2024-cü
ilin avqust ayına qədər olan müddətdə dələduzluq yolu ilə 26 fiziki
şəxsə məxsus ümumi məbləği 36.000 lari olan pulu ələ keçirib.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 6 ildən 9 ilədək müddətə
azadlıqdan məhrumetməni nəzərdə tutan 180-ci maddəsinin 3-cü
hissəsinə əsasən aparılır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415