Marneulidə bir nəfər qəsdən adam öldürmə ittihamı ilə həbs edilib.
Məlumatı “Marneuli” radiosuna Daxili İşlər Nazirliyindən
təsdiqləyiblər.
18 noyabr tarixində Marneulidə bir nəfər gənc bıçaqla yaralanıb.
Nəticədə o, hadisə yerindəcə həyatını itirib.
Hadisə ilə bağlı Gürcüstanın Cinayət Məcəlləsinin 108-ci maddəsi
ilə araşdırma başladılıb. Həmin maddə qəsdən adam öldürməyi nəzərdə
tutur.
Törədilmiş cinayətə görə 10 ildən 15 ilə qədər azadlıqdan məhrum
etmə cəzası nəzərdə tutulur.
Qətl hadisəsi Marneulidə, Səməd Vurğun küçəsində,
18 noyabr tarixində təqribən saat 18:30 radələrində
baş verib. Hadisənin səbəbi məlum deyil.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!