Maliyyə Nazirliyinin İstintaq Xidməti mütəşəkkil dəstənin
vətəndaşlara məxsus külli miqdarda pulu
dələduzluq yolu ilə əldə etməsi faktı üzrə 5 nəfəri yaxalayıb.
Onları 7 ildən 10 ilə qədər həbs gözləyir.
“İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər
dələduzluq yolu ilə pul vəsaitlərini əldə etmək məqsədilə cinayət
planı hazırlayıblar və bu plana əsasən, Gürcüstanda və xaricdə olan
vətəndaşlarla etibara giriblər, onlara guya İtaliyada qeydiyyatda
olan kommersiya banklarından birinin işçiləri kimi yalan danışıblar
və müvafiq məbləğdə pul köçürdükləri halda yüksək faiz müavinətləri
alacaqlarını əmin ediblər.
İstintaqın hazırkı mərhələsində müəyyən edilib ki, qeyd olunan
üsulla mütəşəkkil dəstə üzvləri 40-dan çox vətəndaşa məxsus 620 584
lari məbləğində pulu dələduzluq yolu ilə ələ
keçiriblər” – İstintaq Xidməti və qeyd edir ki,
cinayəti törətmiş digər şəxslərin də müəyyən edilərək ifşası
istiqamətində müvafiq tədbirlər görülür.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415