TV Pirvelinin məlumatına görə, Laqodexi rayonunun
Qabal kəndində 39 yaşlı Murtuz Rüstəmovun
meyiti xüsusi amansızlıqla parçalanmış halda tapılıb. Yerli
sakinlərin sözlərinə görə, meyit parçalanaraq kənd
qəbiristanlığının yaxınlığında atılıb.
Rüstəmovun şəxsiyyətini onun ailə üzvləri müəyyən
ediblər.
Ailə hələ də ekspertizanın nəticələrini gözləyir ki, qətlin dəqiq
tarixi və hansı silahla törədildiyi aydınlaşdırılsın.
Qətlə yetirilmiş çobanın telefonu əsas detal kimi diqqət
mərkəzindədir.
Parçalanmış meyitin tapılmasından əvvəl, kənd qəbiristanlığında
Rüstəmovun telefonu və şəxsiyyət vəsiqəsi aşkar edilib. Ailə
üzvlərinin sözlərinə görə, telefonda itkin düşdüyü gecə bir neçə
zəng qeydə alınıb. Bu fakt çobanı evdən axşam saatlarında
əvvəlcədən planlaşdırılmış motivlərlə çıxarıldığına dair şübhələr
yaradır.
Murtuz Rüstəmovu ailəsi dörd ay boyunca
axtarıb.
Ailə üzvlərinin sözlərinə görə, Daxili İşlər Nazirliyinin axtarış
əməliyyatı nəticəsiz olub və istintaq fəaliyyətsizdir. Onlar qeyd
edirlər ki, axtarış işləri kifayət qədər və lazımi səviyyədə
aparılmayıb.
İstintaq davam edir, lakin hələlik cavablar
yoxdur.
Yerli sakinlər və ailə qətlin motivlərinin və cinayətkarların
şəxsiyyətlərinin müəyyənləşdirilməsini gözləyirlər.
Mənbə: TV Pirveli.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415