Qoridə yaşıdlarını qəsdən öldürməyə cəhd etməkdə ittiham olunan 17
və 18 yaşlı şəxslər saxlanılıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, şübhəlilər
"qarşılıqlı mübahisə zəminində" 18 və 19 yaşlı şəxslərə bıçaqla
bədənlərinin müxtəlif nahiyələrindən xəsarətlər yetiriblər.
Yaralanan gənclər "Qormedi" klinikasının reanimasiya şöbəsinə
yerləşdirilib.
"Qormedi" klinikasının cərrahı Merab Maisuradze bildirib ki,
pasiyentlərin vəziyyəti hələ də ağırdır:
"Hər ikisinin vəziyyəti olduqca ciddi və ağırdır.
Onlara təcili şəkildə əməliyyatdan əvvəl müayinələr aparıldı və
sonra cərrahi müdaxilə həyata keçirildi. Hazırda hər ikisinin
vəziyyəti ağır və müşahidə altındadır, reanimasiya şöbəsində
saxlanılırlar. Onlardan birinin vəziyyəti nisbətən stabilləşib və
bu gün və ya sabah palataya köçürülməsi planlaşdırılır. Hər
ikisinin çox ağır kateqoriyaya aid olan yaralanmaları
var", – deyə Maisuradze bildirib.
Hadisə 23 fevral tarixində, günorta saatlarında Tsminda Tskali
(Təmiz Su) qəsəbəsində baş verib. Qəsəbə sakinlərinin sözlərinə
görə, əvvəlcə gənclər arasında dava olub, daha sonra isə iki
nəfərin ağır yaralandığı məlum olub.
Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 19-109-cu
maddəsinin "l" bəndi üzrə aparılır.
Bu maddəyə əsasən, sözügedən cinayət 20 ilə qədər həbs cəzası və ya
ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415