Regional media qurumu "Ajara Times"-ın məlumatına görə, Kobuleti
bələdiyyəsində donmuş halda dünyasını dəyişmiş bir kişinin meyiti
tapılıb.
Hadisənin Xutsubani kəndində baş verdiyi bildirilir.
Kobuleti meriyasının "Ajara Times"-a verdiyi məlumata görə, kişi
evinin yaxınlığında huşsuz vəziyyətdə tapılıb. Onun ölüm səbəbi
hələlik məlum deyil.
Hadisənin təfərrüatlarını araşdırmaq üçün Daxili İşlər Nazirliyi
ilə əlaqə saxlanılıb və yeni məlumat daxil
olduğunda xəbər
yenilənəcək.
Qərbi Gürcüstanda baş verən güclü qar və əlverişsiz hava şəraiti
yerli əhali üçün ciddi problemlər yaradıb.
Bəzi bölgələrdə sakinlərin xarici aləmlə əlaqəsi kəsilib, elektrik
və su verilməsi dayandırılıb, nəqliyyatın hərəkəti iflic olub.
Quriya bölgəsində isə təbii fəlakət insan tələfatına səbəb
olub.
Təbii fəlakətlə bağlı ENERGO-PRO Georgia şirkəti rəsmi məlumat
yayıb və bildirib ki, Gürcüstanın müxtəlif bölgələrindən əlavə
texniki qruplar hələ də Quriya və Acarıstan bölgələrində fövqəladə
rejimdə işləyirlər.
İvanişvilinin nümayəndəsi Şalva Papuaşvili isə Qərbi Gürcüstanda
davam edən təbii fəlakəti "sadəcə qar" kimi qiymətləndirib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415