Xuloda mədəni irs abidəsi olan məscid yanıb

Xulo bələdiyyəsinin Saçixuri kəndində məsciddə yanğın baş verib. Yanğın 3 mart axşam saatlarında başlayıb.


"Batumelebi"nin məlumatına görə, yanğın nəticəsində xəsarət alan olmayıb.

Sacixuri məscidi mədəni irs abidəsi statusuna malik idi. Etnoloq Ruslan Baramidzenin sözlərinə görə, "binanın inşa tarixi XVIII əsrin sonu – XIX əsrin əvvəllərinə təsadüf edir. Əvvəlcə məscid Paksadze kəndində yerləşirdi, daha sonra sökülərək
üç kəndə – Paksadze, Beğleti və Didacara – bölünüb. Didacara məscidi 1828-ci ildə laz ustalar tərəfindən bəzədilib. Didacarada bina 2002-ci ilə qədər mövcud idi. Yeni bina inşa edildikdən sonra həmin ərazinin yuxarı hissəsində yerləşən Saçixuri kəndinə köçürülüb."

Binaya 2006-cı ildən mədəni irs abidəsi statusu verilmişdi.

 

Print Email
FaceBook Twitter Google