Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Tbilisinin
Ninoşvili küçəsində keçirilən əməliyyat-istintaq tədbirləri zamanı
2 nəfər saxlanılıb.
Nazirlikdə bildirirlər ki, Daxili İşlər Nazirliyinin əməkdaşları
cinayət işi çərçivəsində, məhkəmə qərarı əsasında, Ninoşvili
küçəsində istintaq tədbirləri həyata keçirirdilər. Bu zaman iki
vətəndaş hüquq-mühafizə orqanlarının nümayəndələrinin qanuni
tələblərinə tabe olmayıb.
Qurumun məlumatına əsasən, onlar istintaq hərəkətlərindən yayınmaq
üçün qaçmağa cəhd ediblər,
avtomobilləri ilə iki polis əməkdaşına
çırpılıb, xəsarət alıblar. Bu zaman polis xəbərdarlıq atəşi açıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən iki nəfər həbs
edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 353-cü maddəsi ilə araşdırma
aparılır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415