Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti tərəfindən
aparılan əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində,
virtual aktiv xidmətləri göstərən qeydiyyatsız provayder şirkətinin
üç meneceri saxlanılıb.
İstintaqla müəyyən edilib ki, saxlanılan şəxslərin idarə etdiyi
şirkət, Gürcüstan Milli Bankında zəruri qeydiyyatdan keçmədən,
onlayn platformalar, mobil tətbiqlər və müxtəlif ölkələrdəki xidmət
ofisləri vasitəsilə həm Gürcüstan ərazisində, həm də onun
hüdudlarından kənarda fəaliyyət göstərib.
Şirkət virtual aktivlərin nağd pula konvertasiyası ilə məşğul olub
və ölkəyə beynəlxalq nəzarətsiz maliyyə tranzaksiyalarının həyata
keçirilməsinə şərait yaradıb. Qeyd olunub ki, bu şirkət vasitəsilə
yüz milyonlarla larinin ekvivalentində virtual aktiv
tranzaksiyaları aparılıb. Böyük gəlir əldə olunmasına baxmayaraq,
şirkət dövlət büdcəsinə vergi ödəməyib.
Aparılan istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin
daşınan və daşınmaz əmlakına əl qoyulub. Tbilisidə D. Ağaşenebeli
prospektində yerləşən ofislərdən isə külli miqdarda nağd pul,
kompüter avadanlığı və sənədlər götürülüb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 192-ci maddəsinin ikinci
hissəsinin “a” bəndi ilə aparılır ki, bu da 3 ildən 5 ilə qədər
azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415