Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Şida Kartli
Polis Departamenti və Xüsusi Tapşırıqlar Departamentinin
əməkdaşları Kareli bələdiyyəsinin Bebnisi
kəndində baş vermiş qəsdən adam öldürmə faktı üzrə 1981-ci il
təvəllüdlü Z.N.-ni saxlayıblar.
İstintaqın məlumatına əsasən, təqsirləndirilən şəxs odlu silahdan
atəş açaraq həmkəndlisi, 1975-ci il təvəllüdlü Z.İ.-ni qətlə
yetirib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Bu zaman cinayətdə
şübhəli bilinən şəxs polis əməkdaşlarına bir
neçə dəfə atəş açıb və hadisə yerindən qaçmağa cəhd edib.
Atışma nəticəsində Şida Kartli Polis Departamentinin iki əməkdaşı
xəsarət alıb. Onlar klinikaya yerləşdiriliblər.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi
ilə aparılır ki, bu da qəsdən adam öldürməni nəzərdə tutur. Cinayət
15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415