Pomidor şirəsinin faydaları
Pomidorun suyu qan təzyiqini aşağı salır və ürək xəstəliyi riskini azaldır.

Bu barədə “Rai Al Youm” araşdırmaya istinadən məlumat yayıb.

Tədqiqatda 184 kişi və 297 qadın iştirak edib.

Belə ki, bu şəxslər il ərzində duzsuz pomidor suyu içiblər. Nəticədə, hipertoniyadan əziyyət çəkən 94 nəfərin qan təzyiqində əhəmiyyətli azalma qeydə alınıb.

125 nəfərdə isə aşağı sıxlıqlı lipoprotein (xolesterolun səviyyəsi – Red) səviyyəsi azalıb

Mənbə: Report.az
Print