“WhatsApp” messenceri tətbiqin video hissəsində yeni funksiyanı
sınaqdan keçirir.
“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə “WABetaInfo”
portalı məlumat yayıb.
Məlumata görə, videoları redaktə edərkən yeni bir işarə görünəcək
ki, bu da istifadəçinin videonu səssiz şəkildə göndərməsinə imkan
yaradacaq.
Hələ ki bu funksiya test mərhələsində olan 2.21.3.13 beta-versiyada
mövcuddur.
Portal, həmçinin bildirir ki, yenilənmədə başqa bir animasiya
stiker dəsti əlavə edilməklə yanaşı, qrup söhbətində hər hansı bir
istifadəçinin xatırlanması funksiyası da təkmilləşdiriləcək.
Mənbə: apa.az