“WhatsApp” mesencerində paylaşılan təsvirləri avtomatik silən yeni
funksiya tətbiq olunacaq.
“WABetaInfo” xəbər verir ki, təsvirin ilkin baxılması pəncərəsində
mətn yerinin yanında yaradılacaq yeni düymə vasitəsilə istifadəçi
təsviri paylaşa bilər və həmin istifadəçi şəbəkədən çıxan kimi
sözügedən təsvir silinir.
Təsviri alan istifadəçi isə silindiyi barədə ismarıc alır.
Mesencerin “Android” və “iOS” üçün növbəti yeni versiyalarının
birində tətbiq olunacaq yeni funksiya çərçivəsində həmçinin bəzi
təsvirlərin saxlanması və ötürülməsi qadağan olunur.
Mənbə: report.az