“WhatsApp” messenceri köhnə “iPhone” modelləridə işləməyəcək.
Bu barədə “WABetaInfo” portalı məlumat yayıb.
Dəyişiklik proqramın iOS üçün son beta-versiyasında ortaya çıxıb.
Belə ki, beta-versiyada iOS 9 və daha aşağı versiyalarda işləyən
cihazlar üçün dəstək xidməti yoxa çıxıb. “WhatsApp”ın rəsmi
resurslarında bu barədə hələlik bir məlumat yoxdur.
Hazırda messencerin “iPhone” üçün əməliyyat sistemlərinin rəsmi
siyahısına iOS 9 və ya daha yeni versiyalar daxildir.
Qeyd edək ki, 1 yanvar 2021-ci ildən etibarən “WhatsApp” messenceri
əməliyyat sistemləri iOS 9 və ya Android 4.0.3-dən yuxarı
versiyalara yenilənməyən bir sıra cihazlarda işini dayandırıb.
Mənbə: apa.az