İnsanların əksəriyyəti gözaltı qaralmalara yalnız kosmetik defekt
kimi baxır.
Bəli, əksər hallarda bu simptomun səbəbi yuxusuzluq, ziyanlı
vərdişlər, streslər, səhv qidalanma, göz yorğunluğu (məsələn, uzun
müddət ərzində kompüterdə işləyəndə) və s. olur. Lakin bəzən bu
simptom ciddi pozulmalara da işarə edə bilər.
- Əgər qaralma axşama doğru artırsa, bu ürək və qan dövranı ilə
bağlı olan problemlərin əlaməti ola bilər.
- Böyrəklərin də fəaliyyətində pozulmlar göz altında tünd ləkələrin
yaranmasına səbəb olur.
- Saglamolun.az bildirir ki, şəkərli diabet, qanazlığı,
mədə-bağırsaq sistemi xəstəlikləri, allergiyalar, qurd
xəstəlikləri, intoksikasiyalar, oftalmoloji problemlər də gözaltı
qaralmalara səbəb olur.
Beləliklə, gözaltı qaralmaların səbəbləri çoxdur və onların
arasında ciddi xəstəlik və pozulmalar ola bilər. İlk növbədə
terapevtin müayinəsindən keçin. Lazım olduğu halda terapevt sizi
digər mütəxəssislərin müayinəsinə göndərə bilər. Lakin hər hansı
pozulma aşkar olunmazsa, yuxu rejimi və qidalanmanıza fikir verin,
ziyanlı vərdişlərdən imtina edin, dermatoloq və kosmetoloqla
məsləhətləşin.
Mənbə: saglamolun.az