Pərpətöyün çox faydalı göyərtidir. Pərpətöyün A, B1, B2, K, PP
vitaminləri, üzvi turşular, qlükoza, saxaroza, zülali maddələr,
kalsium, kalium, maqnezium, manqan, yağlı turşular və digər insan
sağlamlığı üçün vacib maddələrlə zəngindir.
1. Pərpətöyünün tərkibində olan təbii hormonabənzər maddə orqanizmə
noradrenalin kimi təsir göstərir, mərkəzi sinir sistemini
stimullaşdırır və tonusu artırır.
2. Sidik kisəsində olan iltihabi proseslərə qarşı təsir göstərir,
həmçinin sidikqovucu effekt verir.
3. Mədəaltı vəzdən insulin hormonunun sintezini artıraraq qanda
qlükozanın səviyyəsini azaldır.
4. Kalium və maqneziumla zəngin olan pərpətöyün ürək üçün çox
faydalıdır - ürək fəaliyyətini normallaşdırır, qanda xolesterinin
səviyyəsini azaldır, arterial təzyiqi artıraraq hipotoniyanın
qarşısını alır.
5. Xəstəliktörədici mikroblara qarşı antibakterial təsir
göstərir.
6. Dəri və selikli qişaların regenerasiyasını (bərpa)
sürətləndirir, dərialtı kollagenin parçalanmasını ləngidir,
tərkibindəki A vitamini dərinin qidalanmasını yaxşılaşdırır, dəri
yaşlanmasının qarşısını alır.
7. Pərpətöyündən hazırlanan maska dərini cavanlaşdırır və
qırışların hamarlanmasını təmin edir.
8. Bağırsaqların fəaliyyətini yaxşılaşdırır.
9. Qaraciyər üçün faydalıdır.
Mənbə: saglamolun.az