Niyə insanlar yalan danışırlar? Bəli, əlbəttə ki, hər zaman
həqiqəti danışmağa çalışan insanlar var.
Bununla belə, yalanı adi bir şey, həyatının bir hissəsi kimi qəbul
edənlər də var.
Yalançı ümid edir ki, heç kim onu yaxalaya bilməyəcək. Lakin bəzi
işarələr insanın yalan danışdığını ələ verə bilər.
İnsan kimisə aldatmaq istəyəndə cavabını əvvəlcədən düşünür.
Həmsöhbətinizin müəmmalı cavabından sonra eyni sualı fərqli formada
verin. Yalançı əvvəlki cavabını bir daha təkrarlayacaq.
Sözlərin konkretliyini qiymətləndirin
Aldatmaq istəyən insan cavabının ətrafında müxtəlif detallardan
ibarət olan labirint qurmağa çalışır, onun əsas məqsədi yalanı
gizlətməkdir. Konkretlik həqiqətə işarə edir.
Müəyyən müddətdən sonra bu mövzuya yenidən qayıdın. Adətən yalançı
daha əvvəl söylədiyi təfərrüatları xatırlamaqda çətinlik çəkir.
Cavabın sürətini qiymətləndirin
Sizi aldatmaq istəyən insan çox güman ki, "əfsanəsini" əvvəlcədən
düşünüb və buna görə də tərəddüd etmədən sualınızı dərhal
cavablandıracaq. Sizə elə gələ bilər ki, sanki o əvvəlcədən
bloknota yazdığı sözləri üzdən oxuyur.
Narahatedici suala hazır olmayan yalançı vaxt uzatmaq üçün öskürür,
əsnəyir və ya başqa bu kimi vasitələrə əl atır.
Jestlərə diqqət edin
İnsan yalan danışarkən, sözləri və jestləri bir-birinə uyğun olmaya
bilər. Məsələn, "yox" deyib başı ilə "hə" cavabına işarə edən
jestdən istifadə.
Vizual əlaqə
Yalan danışan insan həmsöhbətin gözlərinə baxmır. Lakin burada
nəzərə almaq lazımdır ki, insanların gözlərinin içinə baxmağa
öyrəşməyən tiplər də var. Buna baxmayaraq, bu iki insan arasında
fərq var: yalançı yalanlarına reaksiya görməkdən qorxur, buna görə
həmsöhbətinin gözləri ilə qarşılaşanda dərhal gözlərini çəkir.
Təcrübəli yalançılar bilərəkdən həmsöhbətin gözlərinin içinə
baxaraq, gözlərini bir saniyəlik də olsa çəkmirlər.
Bu metodlardan istifadə edin və sizi aldatmağa çalışan yalançıları
müəyyən etməyi öyrənin. Sizə özünüzü rahat hiss edə biləcəyiniz
gözəl insanlara rast gəlməyi arzu edirik!
Mənbə: saglamolun.az