Bu ilin I rübündə Gürcüstandan Azərbaycana 4,077 milyon ABŞ dolları
dəyərində 609 ədəd yük maşını ixrac olunub.
Bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.
Məlumata əsasən, nəqliyyat vasitələrinin sayı ötən ilin eyni
dövrünə nisbətdə 203 ədəd çoxdur.
Yanvar-martda Azərbaycan Gürcüstandan ümumi dəyəri 367 min ABŞ
dolları olan 23 ədəd traktor da idxal edib ki, bu da illik
müqayisədə 10 ədəd çoxdur.
Mənbə: report.az