Azərbaycan Gürcüstandan yük maşını və traktor idxalını artırıb
Bu ilin I rübündə Gürcüstandan Azərbaycana 4,077 milyon ABŞ dolları dəyərində 609 ədəd yük maşını ixrac olunub.

Bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Məlumata əsasən, nəqliyyat vasitələrinin sayı ötən ilin eyni dövrünə nisbətdə 203 ədəd çoxdur.

Yanvar-martda Azərbaycan Gürcüstandan ümumi dəyəri 367 min ABŞ dolları olan 23 ədəd traktor da idxal edib ki, bu da illik müqayisədə 10 ədəd çoxdur.

Mənbə: report.az





Print