Hindlilərin fikrincə reyhan müqəddəs bitkidir. Onlar inanırlar ki,
reyhan ailələri şər qüvvələrdən qorumaq və uğur gətirmək
qabiliyyətinə malikdir. Minilliklər boyu reyhandan xalq təbabətində
istifadə edilib.
Bu bitkinin çox mühüm müalicəvi xassəsi var - o, böyrəklərin işini
yaxşılaşdırır.
Reyhan böyrəklərdə daş yaranması riskini azaldır, sidik turşusunun
səviyyəsini azaltmağa, qan dövranını təmizləməyə kömək edir.
Hindistanlı tədqiqatçıların fikrincə, reyhan böyrəklərdəki daşları
təmizləyə bilər, çünki o, kalsium oksalat kristallarının yaranması
prosesini dayandıra bilir.
Reyhandan stresi aradan qaldıran çay dəmləmək olar. Bunun üçün bir
fincan çaya bir neçə quru reyhan yarpağı və ya reyhanın qurudulmuş
yarpaqlarının bir çay qaşığı qədər tozunu əlavə edin və 5-6 dəqiqə
dəmlədikdən sonra için.
Reyhanın daha bir faydalı xassəsi ondan ibarətdir ki, onun
yarpaqlarında bakteriyaların inkişafını dayandıra bilən birləşmələr
var. Buna görə ağız boşluğuna qulluq etmək üçün ondan istifadə
etmək məsləhətdir. Reyhan yarpağının tərkibindəki mikrobları
öldürən maddələr dişlərin kariyesini və ağız boşluğunda xoşagəlməz
qoxunu aradan götürməyə kömək edir.
Mənbə: saglamolun.az