Anonim kilolu xanım paxıllıqdan gözəl və zərif rəfiqəsini toyuna
dəvət etməyib və buna görə sosial şəbəkədə sərt tənqid olunub.
Bu barədə “Daily Mail” nəşri feysbuk sosial şəbəkəsindəki qapalı
qrupun yazışmalarına istinadən xəbər verib.
Adı açıqlanmayan 27 yaşlı ABŞ sakini, ən yaxşı rəfiqəsini gözəl
bədən quruluşuna malik olduğu üçün toyuna dəvət etməmək barədə
qərar qəbul edib.
“Onu toyuma çağırmamağımın əsl səbəbi olduqca incə və çox yaxşı
formada olmasıdır. Gözəl görünür. Birlikdə gəzdiyimiz zaman, bütün
kişilər yalnız ona baxırlar”.
Yeni gəlin bildirib ki, toyunda yalnız onun kimi kök xanımlar
iştirak edəcək. Şəbəkə istifadəçiləri gəlini özünə güvənmədiyinə
görə sərt tənqid ediblər.
Mənbə: report.az