Kök gəlin paxıllıqdan gözəl rəfiqəsini toyuna çağırmadı
Anonim kilolu xanım paxıllıqdan gözəl və zərif rəfiqəsini toyuna dəvət etməyib və buna görə sosial şəbəkədə sərt tənqid olunub.

Bu barədə “Daily Mail” nəşri feysbuk sosial şəbəkəsindəki qapalı qrupun yazışmalarına istinadən xəbər verib.

Adı açıqlanmayan 27 yaşlı ABŞ sakini, ən yaxşı rəfiqəsini gözəl bədən quruluşuna malik olduğu üçün toyuna dəvət etməmək barədə qərar qəbul edib.

“Onu toyuma çağırmamağımın əsl səbəbi olduqca incə və çox yaxşı formada olmasıdır. Gözəl görünür. Birlikdə gəzdiyimiz zaman, bütün kişilər yalnız ona baxırlar”.


Yeni gəlin bildirib ki, toyunda yalnız onun kimi kök xanımlar iştirak edəcək. Şəbəkə istifadəçiləri gəlini özünə güvənmədiyinə görə sərt tənqid ediblər.

Mənbə: report.az
Print