Hər bir insan çox yaşamaq istəyir. Uznömürlülərin həyatını
araşdıran alimlər belə nəticəyə gəliblər ki, uzunömürlülüyün əsas
səbəbləri irsiyyət, qidalanma (uzunömürlülərin əksəriyyəti az
yeyirdi) və həyat tərzidir (uzunömürlülərin əksəriyyəti həyatı boyu
çox işləyirdi, daim hərəkətdə olurdu).
Elmi araşdırmalar və müşahidələr göstərir ki, bəzi amillər insan
həyatını xeyli qısalda bilər.
Komsomolskaya Pravda sizə bu amilləri təqdim edir:
- Siqaret çəkmək. Bir çox xərçəng və ürək-damar sistemi
xəstəliklərinin səbəbi olan bu pis vərdiş insan həyatını 14 il
qısaldır.
- Yuxunun daim az olması, yuxusuzluq. Bu amil də ürək-damar və
maddələr mübadiləsi xəstəliklərinin riskini artırır, orqanizmdə
stressin səviyyəsini qaldırır. Araşdırmalar göstərir ki, yuxunun
xroniki olaraq çatışmazlığı həyatın 12 il qısalmasına səbəb
olur.
- Spirtli içkilərin tez-tez qəbulu. Bu amil də bir çox xərçəng
xəstəliklərinin riskini artırır və həyatımızı 8 il qısaldır.
- Oturaq həyat tərzi. Azhərəkətli insanın orqanizmində qan dövranı,
maddələr mübadiləsi və s. proseslər ləngiyir ki, bu da müxtəlif
orqanlarda durğunluq proseslərinə və nəticədə iltihablara, çəkinin
artmasına və s. pozulmalara səbəb olur. Beləliklə, oturaq həyat
tərzi həyatımızı 8 il qısaldır.
Mənbə: saglamolun.az