Zəhərlənməmək üçün qarpızın istehlakı zamanı bir sıra məsələlərə
diqqət etmək lazımdır.
Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, qarpız
seçimi edərkən ölçüsünə, tamlığına, üzərində yarıq və çatların
olmamasına diqqət edilməlidir. Üzərində hər hansı zərərverici və ya
zərərverici izlərinin olmaması, saplağının yaşıl olması da
vacibdir. Həmçinin üzərində sarı ləkələrin olmasına da nəzər
yetirilməlidir. Yetişmiş qarpızın torpaqla təmas etdiyi hissələr
əvvəl ağ olur, sonradan isə yetişdikcə açıq sarıya çevrilir.
Bundan əlavə, qarpızın cizgilərı aydın olmalıdır. Qarpızın
kəsilərək alınması bir o qədər məsləhət deyil. Çünki qarpızı kəsən
bıçaq sanitariya ve gigiyena qaydalarına uyğun təmizlənməlidir ki,
qarpızın içinə yad maddələr düşməsin. Qarpız alarkən satıcının onu
kəsməsinə icazə verməyin. Çünki ümumi istifadədə olan bıçaqdan
alacağınız qarpıza mikrob düşmə ehtimalı var.
Təbii yetişmiş məhsul əldə etmək istəyiriksə qarpız öz mövsümündə,
yəni iyun ayının sonundan sentyabrın əvvəlinə kimi, ələxüsus avqust
ayında istehlak edilməlidir. Aqrokimyəvi dərmanlarla yetişmiş
məhsul həm dad etibarilə seçilir, həm də kəskin nişasta qoxusu verə
bilər. Belə məhsulların istehlakı təhlükəlidir.
Qarpız alarkən nələrə diqqət etmək
lazımdır?
Qarpızın ölkəmizdə təbii yetişmə vaxtı iyul-avqust aylarıdır. Qeyd
olunan vaxtdan əvvəl qarpız almaq məsləhət deyil. Qarpızın dadlı
olması üçün, onun yetişməsinin sürətləndirilməsi, ölçüsünün böyük
olması üçün istifadə olunan çox miqdarda nitrat - azotlu maddələr
və yanlış saxlanma zəhərlənməyə səbəb ola bilər.
Qarpız alarkən bunları bilmək vacibdir:
- Qalın qabıqlı, çəkisi 7-8 kiloqramdan artıq olan, üzərində boz və
ağ zolaqları olan qarpızı almaq məsləhət deyil.
- Qarpız sərin yerdə saxlanılmalı və birbaşa günəş şüaları altında
qalmış, həmçinin əzilmiş, çürümüş və formasını dəyişmiş şəkildə
olmamalıdır.
- Bəzi hallarda qarpızın içi ağ və ya çəhrayı rəngdə olur, eləcə də
qarpızın daxilində sarımtıl və ya qəhvəyi rəngdə damarlar müşahidə
olunur. Bu hal qarpızın qənaətbəxş olmamasından xəbər verir.
- Qarpız müvafiq sanitar qaydalara uyğun olaraq saxlanmalıdır.
Yerdə yox, piştaxtanın üzərində satılan qarpızlara üstünlük
verilməlidir.
- Satış yerlərində, o cümlədən evdə qarpızı qapalı, sərin yerdə
saxlamaq lazımdır. Doğranmış qarpız dilimlərini ancaq bağlı,
plastik və ya polietilen qabda mənfi 18ºC temperaturda dondurub
saxlamaq olar.
- Qarpızı kəsməzdən əvvəl onu yaxşı yumaq və təmiz, quru bıçaqla
kəsmək vacibdir.
Mənbə: saglamolun.az