Qanda piy komponentlərinin yüksək səviyyədə olması, fizki
aktivliyin azlığı, yüksək təzyiq, siqaret çəkmək aterosklerozun
inkişafına səbəb olan əsas amillərdir.
Ateroskleroz zamanı damarlar daralır, onların divarları sərtləşir,
öz elastikliyini itirir, damarlar artıq asanlıqla genişlənmir.
Nəticədə damarların zədələnməsi riski də artır. Damar zədələnən
yerdə tromb (qan laxtası) əmələ gəlir. Tromb damar divarından
qoparaq qan axını ilə daha nazik damara düşə və onu tam bağlaya
bilər. Bu proses ürək və ya beyində baş verərsə, bu çox ağır
nəticələrə, hətta insanın ölümünə səbəb ola bilər.
Təəssüf ki, damarların sərtləşməsi uzun müddət ərzində özünü heç
bir simptomla büruzə vermir. İnkişaf etdikcə ateroskleroz bu kimi
simptomlara səbəb ola bilər:
- Ayaqlarda
ağrılar. İnsan yeriyəndə ayaqlar ağrımağa başlayır,
insan axsayır, dayanmağa, bir qədər gözləməyə məcbur olur ki, ağrı
azalsın. Lakin yeriməyə davam edəndəndən bir müddət sonra ağrı yenə
yaranır. Bunun səbəbi damarların daralması nəticəsində ayaq
əzələlərninin qanla pis təmin olunmasıdır. Gecikmiş mərhələlərdə
insan ayaqlarda ağrıları hətta uazanaq vəziyyətdə hiss edir.
- Sinədə
sıxılma. Ürək damarlarının sıxılması nəticəsində
ürək əzələsinin qanla təmin olunması zəifləyir, ürək kifayət
miqdarda oksigen və qidalı maddələri almır ki, nəticədə ürəyin
işemik xəstəliyi inkişaf edir. İşemiya zamanı insan ürəyində
sıxılma və ağrı hiss edir. Xəstəlik inkişaf etdikcə ürək tutması,
infarkt inkişaf edə bilər.
-
Başgicəllənməsi. Yuxu arteriyasının daralması və
sərtləşməsi nəticəsində beyin qan dövranı pozulur ki, bu da
başgicəllənməsi, yaddaşın və diqqətin pozulması kimi simptomların
əmələ gəlməsində gətirib çıxarır. Arteriya tam bağlanarsa, xəstədə
insult inkişaf edir.
Mənbə: Saglamolun.Az