Orqanizm üçün xeyirli məhsullardan biri də
pərpətöyündür.
Pərpətöyünün tərkibi A, B1, B2, K, PP vitaminləri, üzvi turşular,
qlükoza, saxaroza, zülali maddələr, kalsium, kalium, maqnezium,
manqan və digər faydalı maddələrlə zəngindir. Toxumlarının
tərkibində piyli yağlar, linol, palmitin, stearin kimi yağ
turşuları mövcuddur.
Müalicə vasitəsi kimi bitkinin təzə zoğları, yarpaqları, çiçəkləri
və toxumlarından istifadə edilir. Tərkibində olan təbii
hormonabənzər maddə orqanizmə noradrenalin kimi təsir göstərir,
mərkəzi sinir sistemini stimullaşdırır və tonusu artırır.
Zəhərli ilan və həşəratların sancması zamanı, qaraciyər və böyrək
xəstəliklərində yarpaqlarından istifadə olunur.
Xüsusilə sidik kisəsində olan iltihabi proseslərə qarşı təsir
göstərir, həmçinin sidikqovucu effekt verir.
Enterokolit və hemorroy zamanı ağrı hissiyyatını aradan qaldırır.
Tərkibindəki K vitamin qankəsici təsir göstərir.
Pərpətöyün mədəaltı vəzdən insulin hormonunun sintezini artıraraq
qanda qlükozanın səviyyəsini azaldır.
Pərpətöyünün mühüm xüsusiyyətlərindən biri də salmonella,
dizenteriya və trixomonada kimi xəstəliktörədici mikroblara qarşı
antibakterial təsir göstərməsidir. Ürək fəaliyyətini
normallaşdırır, qanda xolesterinin səviyyəsini azaldır, arterial
təzyiqi artıraraq hipotoniyanın qarşısını alır.
Mənbə: Saglamolun.Az