Paxlalıların istifadəsi müxtəlif ürək-damar xəstəliklərinin
yaranmasının qarşısını almağa kömək edir.
Bu nəticəyə Amerika Həkimlər Komitəsinin ekspertləri gəliblər.
Mütəxəssislərin sözlərinə görə, rasiona lobya, mərcimək və noxud
daxil edilməsi infarkt və insult riskini 10% azaldır. Məsələ
ondadır ki, bu bitkilərin tərkibində çoxlu miqdarda kalium,
sellüloz, zülal və digər ürək-damar sistemi üçün faydalı maddələr
var.
Eyni zamanda, paxlalıların tərkibində yağ az olur, onlar aşağı
qlikemik indeksə malikdir və orqanizmdə "pis" xolesterinin
səviyyəsini aşağı salır.
Tədqiqatçılar qeyd edirlər ki, pəhrizə paxlalıların əlavə edilməsi
qan təzyiqinin də azalmasına kömək edir.
Mənbə: Saglamolun.Az